ADAU Təcrübə və Karyera Mərkəzi

Yalama Aqropark” MMC “Zootexnik” vakansiyasını elan edir. (ADAU ilə əməkdaşlıq)

Xaçmaz, Azərbaycan

06.09.21


Qeyd

Əmək funksiyaları:

- Yemlərin hazırlanması, tövləyə daşınması, yem payına uyğun bölünməsi, mal - qaranın təkrar istehsalı cins məhsuldarlıq keyfiyyətini, damazlıq məqsədilə cavan malların seçilib ayrıca yetişdirilməsini təmin edir.

- Sürülərin tərkibini yaxşılaşdırmaq, təbii cütləşmə yaşına çatmış cavan heyvanların və anaların süni və təbii mayalanmasını təmin edir.

- Törədicilərin seçilməsini, doğum mayalanmanın uçotunu baş zootexniklə birlikdə aparır, qüvvəli, qaba və şirəli yemlərin keyfiyyətli saxlanmasını təmin edir.

- Təbii biçənək və otların yaxşılaşdırılması işlərini aqronomla birlikdə təşkil edir. Mal-qaranın yem normaları və tərtib edilmiş yem payı əsasında düzgün yemlənməsinə və saxlanmasına nail olur, Az miqdarda material, yem və əmək sərfi ilə daha çox məhsul edilməsi tədbirlərini görür.

- Bütün növ mal-qaranın qorunması və salamat saxlanmasına, yeni doğulan körpə və cavan heyvanlar üçün tərtib edilmiş pasport əsasında istiqamətli böyüməsini təşkil edir və qarşıya qoyulmuş məqsədə nail olur.

- İşçilər tərəfindən daxili iş normalarına və qaydalarına düzgün əməl edilməsinə nəzarət edir.

İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər CV-lərini hr@agroparkyalama.az elektron ünvanına mövzu yerində “Zootexnik” qeyd etməklə göndərə bilərlər.

Oxşar Elanlar